Tramp və Klintonun qaldığı binalar yük maşınları ilə mühafizə olunur

Tramp və Klintonun qaldığı binalar yük maşınları ilə mühafizə olunur Tramp seçki gününə "Trump Tower"də, Klinton isə "Peninsula" otelində başlayıb
Digər ölkələr
9 Noyabr , 2016 02:15
Tramp və Klintonun qaldığı binalar yük maşınları ilə mühafizə olunur

Bakı. 9 noyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın baş qərargahı və onun demokrat rəqibi Hillari Klintonun qaldığı otel qum doldurulmuş yük maşınları ilə dövrəyə alınıb.

"Report" xəbər verir ki, bu barədə "Townhall" nəşri yazıb.

Məlum olduğu kimi, Tramp səsvermə gününə 5-ci küçədə yerləşən "Trump Tower" göydələnində başlayıb. O, səsvermənin bitməsi münasibəti ilə rəsmi tədbiri isə 6-cı küçədə yerləşən "Hilton" mehmanxanasında keçirəcək.

Klinton, öz növbəsində, seçkilər günü rəqibindən cəmi iki məhəllə aralıda yerləşən "Peninsula" mehmanxanasında qalmaq qərarına gəlib. Seçkilərdən sonra rəsmi tədbir "Javits" konfrans mərkəzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi