Trampın müşavirinin I müavini vəzifəsindən istefa verib

Trampın müşavirinin I müavini vəzifəsindən istefa verib Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin birinci müavini Nadya Şedlou vəzifəsindən istefa verib.
Digər ölkələr
12 Aprel , 2018 02:09
Trampın müşavirinin I müavini vəzifəsindən istefa verib

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin birinci müavini Nadya Şedlou vəzifəsindən istefa verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, müvafiq bəyanatı Ağ Evin nümayəndəsi Rac Şah yayıb.

O, qeyd edib ki, ABŞ Şedlouya xidmətinə və rəhbərlik keyfiyyətinə görə təşəkkür bildirib. R. Şahın sözlərinə görə, Şedlou bu vəzifədə çalışarkən "Amerika hər şeydən öncə" prinsipi üzrə milli təhlükəsizlik strategiyasının formalaşmasına böyük töhfə verib.

Şedlou öz postunda 27 aprelə qədər qalacaq.

Qeyd edilir ki, onun istefası prezidentin milli təhlükəsizlik üzrə yeni müşaviri Con Boltonun yeni heyət toplaması ilə əlaqədar ola bilər. 

Son xəbərlər

Orphus sistemi