Trampın mətbuat katibinin müavini Ağ Evdən gedir

Trampın mətbuat katibinin müavini Ağ Evdən gedir Ağ Evin mətbuat xidmətinin rəhbərinin müavini Hoqan Qidley vəzifəsini tərk edəcək.
Digər ölkələr
23 iyun 2020 18:23
Trampın mətbuat katibinin müavini Ağ Evdən gedir

Ağ Evin mətbuat xidmətinin rəhbərinin müavini Hoqan Qidley vəzifəsini tərk edəcək. 

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Twitter"dəki səhifəsində bildirib.

Tramp qeyd edib ki, Hoqan Qidley 2020-ci ilin seçkilərində onun yenidən prezident seçilməsi üzrə kampaniyanın mətbuat katibi olacaq.

"Hoqan Qidley 1 iyulda Ağ Evi tərk edəcək və milli mətbuat katibi olaraq mənim kampaniyamın (seçkiqabağı) tərkibinə keçəcək", - o yazıb.

"Biz seçkiləri udmalıyıq!" - Tramp əlavə edib.

Son xəbərlər

Orphus sistemi