Trampın kürəkəni Səudiyyə Ərəbistanına elan olunmamış səfər edib

Trampın kürəkəni Səudiyyə Ərəbistanına elan olunmamış səfər edib Anonim mənbə Cared Kuşnerin Səudiyyə Ərəbistanına planlaşdırılmayan səfər etdiyini bildirib
Digər ölkələr
30 Oktyabr , 2017 00:11
Trampın kürəkəni Səudiyyə Ərəbistanına elan olunmamış səfər edib
Vesty.co.il

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ağ Evdəki anonim mənbə ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerin Səudiyyə Ərəbistanına planlaşdırılmayan səfər etdiyini xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Prezidentin məsləhətçisi, ABŞ-ın dövlət başçısının milli təhlükəsizlik üzrə müşavirinin müavini və xüsusi elçisi Səudiyyə Ərəbistanından yenicə qayıdıblar", - deyə mənbə bildirib.

Qeyd olunur ki, onunla birlikdə səfərdə həmçinin Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Din Pauell və Yaxın Şərq üzrə xüsusi elçisi Ceyson Qrinblatt da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi