Trampın kürəkəni Amerika İnnovasiya Ofisinin rəhbəri təyin olunub

Trampın kürəkəni Amerika İnnovasiya Ofisinin rəhbəri təyin olunub Kuşner nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq
Digər ölkələr
28 Mart , 2017 05:42
Trampın kürəkəni Amerika İnnovasiya Ofisinin rəhbəri təyin olunub

Bakı. 28 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev yanında yeni yaradılmış Amerika İnnovasiya Ofisinin (Office of American Innovation) rəhbəri təyin olunub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Birləşmiş Ştatlar prezidentinin mətbuat katibi Şon Spayser məlumat verib.

"Amerika İnnovasiya Ofisi prezidentin geniş hökumət əməliyyatları və xidmətləri dairəsini planlaşdırılmış vaxtdan daha tez və büdcədə nəzərdə tutulandan daha ucuz həyata keçirmək barədə tövsiyələrini reallaşdıracaq", — deyə Spayser izah edib.

O bildirib ki, Kuşner, xüsusilə, nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq.

Son xəbərlər

Orphus sistemi