Trampın korteci qəzaya düşüb

Trampın korteci qəzaya düşüb Hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb
Digər ölkələr
28 Sentyabr , 2017 03:05
Trampın korteci qəzaya düşüb

Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın korteci İndianapolis aeroportu istiqamətində hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb.

Qeyd olunur ki, Trampı motosikletlə müşayiət edən polis əməkdaşı yolun sağ tərəfində hərəkətdə olarkən nəqliyyat vasitəsini idarə edə bilməyib. Nəticədə o yıxılıb. İndianapolis şəhərinin polis departamentindən bildirilib ki, polis xəsarət alıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Tramp hadisəylə əlaqədar polis əməkdaşına şəfqət diləyib.

Son xəbərlər

Orphus sistemi