Rusiya XİN başçısının müavini: "Trampın komandasının təmsilçiləri ilə təmasımız olub"

Rusiya XİN başçısının müavini: "Trampın komandasının təmsilçiləri ilə təmasımız olub" Sergey Ryabkov: "Əlaqələr seçkidən sonra da davam etdiriləcək"
Digər ölkələr
10 Noyabr , 2016 16:56
Rusiya XİN başçısının müavini: Trampın komandasının təmsilçiləri ilə təmasımız olub

Bakı. 10 noyabr. REPORT.AZ/ "Rusiya ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın komandasının təmsilçiləri ilə seçkiqabağı kampaniyanın gedişində təmasda olub”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İnterfax”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu təmas seçkidən sonra da davam etdiriləcək.

Nazir müavini “Belə təmasları fəallaşdırmağı planlaşdırırsınızmı” sualına cavabında deyib ki, bu işgüzar əlaqədir: "Onun davam etdirilməsi şəraitdən və qarşımızda duran məsələlərdən asılıdır. Təbii ki, bu işimizi seçkidən sonra da davam etdirəcəyik.”

Son xəbərlər

Orphus sistemi