Trampın keçmiş müşaviri toxunulmazlıq qarşılığında Rusiya ilə əlaqələrindən danışmağa hazırdır

Trampın keçmiş müşaviri toxunulmazlıq qarşılığında Rusiya ilə əlaqələrindən danışmağa hazırdır “Ədalətsiz təqibdən müdafiəyə təminat olmadığı, siyasiləşdirilmiş “əcinnə ovlanan” şəraitdə heç bir sağlam düşüncəli adam ifadə verməz”
Digər ölkələr
31 Mart , 2017 12:03
Trampın keçmiş müşaviri toxunulmazlıq qarşılığında Rusiya ilə əlaqələrindən danışmağa hazırdır
Courtesy İmage

Bakı. 31 mart. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinn Rusiyanın Birləşmiş Ştatlarda keçirilən sonuncu prezident seçkisinə ehtimal edilən müdaxiləsi barədə danışmağa hazır olduğunu bildirib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu keçmiş müşavirin təmsilçisi bildirib.

“Ədalətsiz təqibdən müdafiəyə təminat olmadığı, siyasiləşdirilmiş “əcinnə ovlanan” şəraitdə heç bir sağlam düşüncəli adam ifadə verməz”, - deyə M.Flinnin nümayəndəsi vurğulayıb.

M.Flinn and içərək, Moskvanın ABŞ-dakı sonuncu prezident seçkisinə ehtimal olunan müdaxiləsi barədə ona məlum olanları açıqlamağa hazır olduğunu bildirib. O, bu ifadənin qarşılığında cinayət məsuliyyətinə cəlb olunmayacağına dair təminat istəyib.

Qeyd edək ki, M.Flinn ötən ilin dekabrında Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşü Donald Trampdan gizlətdiyi üçün bu ilin fevralında milli təhlükəsizlik məsələləri üzrə müşavirlik vəzifəsindən istefa verib. 

Son xəbərlər

Orphus sistemi