Yuxarı
    Bağlamaq

    Trampın hərbi papağı yerə düşmüş ABŞ əsgərinə kömək cəhdi uğursuz alınıb - VİDEO

    Səyləri uğursuz nəticələnmiş ABŞ lideri əllərini əsgərin çiyninə vuraraq vertolyotun göyərtəsinə qalxıb© Courtesy İmage

    Bakı. 9 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın güclü külək səbəbindən hərbi papağı yerə düşən əsgərə kömək cəhdi uğursuz olub.

    "Report"un "NBC News"a istinadən məlumatına görə, Tramp ABŞ-ın Dəniz Piyadaları Korpusunun vertolyotunun göyərtəsində yaxınlaşanda güclü küləyin əsgərlərin birinin papağını başından çıxardığını görüb.

    Əsgər qaydalara əsasən əllərini yanına salaraq hərəkətsiz dayanıb. Prezident hərbi papağı yerdən qaldıraraq onu əsgərin başına qoyub. Lakin külək dərhal yenidən əsgərin baş geyimini pozub.

    Səyləri uğursuz nəticələnmiş ABŞ lideri əllərini əsgərin çiyninə vurub və hərbi vertolyotun göyərtəsinə qalxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi