Trampın gəlirləri açıqlandı

Trampın gəlirləri açıqlandı ABŞ prezidenti Donald Trampın 2019-cu il üzrə maliyyə hesabatı açıqlanıb.
Digər ölkələr
1 Avqust , 2020 07:16
Trampın gəlirləri açıqlandı

ABŞ prezidenti Donald Trampın 2019-cu il üzrə maliyyə hesabatı açıqlanıb.

“Report” xəbər verir ki, Donald Tramp 2019-ci ildə ən azı 446 milyon ABŞ dolları gəlir əldə edib.

78 səhifəlik sənədə görə, keçən il dövlət başçısı Floridadakı “Mar-a-Lago” kurortundan 21, 4 milyon ABŞ dolları qazanıb. 2018-ci il üçün bəyannamədə bu kompleksdən gəlir daha yüksək idi - demək olar ki, 22,7 milyon ABŞ dolları.

Vaşinqtondakı oteldən qazanc 2018-ci illə müqayisədə 300 min azalaraq 40,5 milyon ABŞ dolları təşkil edib.

Öz növbəsində, “Trump National Doral Mayami” kurortu 2019-cu ildə Trampa 77,2 milyon ABŞ dolları - əvvəlki ilə nisbətən 1,3 milyon ABŞ dolları çox gəlir gətirib.

Tramp ötən il Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubundan 17,7 milyon ABŞ dolları qazanıb.

Son xəbərlər

Orphus sistemi