Trampın etimad reytinqi 70 ildə ABŞ prezidentləri arasında rekord minimuma çatıb

Trampın etimad reytinqi 70 ildə ABŞ prezidentləri arasında rekord minimuma çatıb ABŞ əhalisinin 65 faizi Donald Trampı etimad qazanan prezident saymır
Digər ölkələr
5 Noyabr , 2017 10:59
Trampın etimad reytinqi 70 ildə ABŞ prezidentləri arasında rekord minimuma çatıb

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ əhalisinin 65 faizi Donald Trampı etimad qazanan prezident saymır.

“Report” xəbər verir ki, bu, "Washington Post" qəzeti və ABC telekanalı tərəfindən aparılan sorğunun nəticəsində məlum olub.

Beləliklə, Trampın etimad reytinqi 70 il ərzində ABŞ prezidentləri arasında rekord minimuma çatıb.

Ölkə sakinlərinin 65 faizi Trampa güvənməməklə yanaşı, hesab edirlər ki, o, prezident postuna gəldiyi 9 ay ərzində heç bir nəticə əldə etməyib. Respondentlərin yalnız 35 faizi prezidentin işini müsbət qiymətləndirib.

Sorğu 29 oktyabr – 1 noyabr tarixlərində 1005 respondent arasında aparılıb.

Son xəbərlər

Orphus sistemi