Tramp yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib

Tramp yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib Amerika lideri vurğulayıb ki, sol qanadın tərəfdarları son dərəcə qəzəblə neonasistlərə hücüm ediblər
Digər ölkələr
16 Avqust , 2017 01:08
Tramp yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib

Bakı. 16 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Şarlotsvildəki iğtişaşları pisləyərək, baş verənlərdə təqsirin həm millətçilərin tərəfdarlarının, həm də onların əleyhdarlarında olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Amerika lideri vurğulayıb ki, sol qanadın tərəfdarları son dərəcə qəzəblə neonasistlərə hücüm ediblər.

"Onlar bir-birlərinə kötəklərlə hücum etdilər. Buna baxmaq dəhşətli idi", - deyə ABŞ prezidenti günahın millətçilərin və onların əleyhdarlarında olduğunu qeyd edib.

Daha əvvəl demokratlar və respublikaçılar Trampı Şarlotsvildəki zorakılığı 48 saat ərzində ittiham etməməkdə tənqid ediblər.

Son xəbərlər

Orphus sistemi