Tramp yenidən İranı onun mədəni obyektlərinə zərbə endirməklə hədələyib

Tramp yenidən İranı onun mədəni obyektlərinə zərbə endirməklə hədələyib ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların hücuma məruz qalacağı təqdirdə İranı yenidən bu ölkənin mədəni obyektlərinə zərbə endirməklə hədələyib.
Digər ölkələr
6 Yanvar , 2020 05:06
Tramp yenidən İranı onun mədəni obyektlərinə zərbə endirməklə hədələyib

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların hücuma məruz qalacağı təqdirdə İranı yenidən bu ölkənin mədəni obyektlərinə zərbə endirməklə hədələyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Onlara bizim insanlarımızı öldürməyə icazə verilib. Onlara bizim insanlarımıza əzab verməyə və şikəst etməyə icazə verilib. Onlara yol qırağı bombalardan istifadə etməyə və bizim insanlarımızı partlatmağa icazə verilib. Və bizə onların mədəni obyektinə toxunmaq olmaz? Bu belə olmur", - Tramp jurnalistlərə deyib.

"Əgər bu (İranın hücumu-red) olsa, onda olacaq. Əgər onlar nəsə etsələr, onda cavab tədbirləri böyük olacaq", - Tramp əlavə edib.

Son xəbərlər

Orphus sistemi