Tramp yenə koronavirusa görə Çini cəzalandıracağına söz verdi

Tramp yenə koronavirusa görə Çini cəzalandıracağına söz verdi ABŞ prezidenti Donald Tramp yenidən koronavirus pandemiyasına görə Çin Xalq Respublikasını cəzalandıracağını vəd verib.
Digər ölkələr
5 İyul , 2020 04:47
Tramp yenə koronavirusa görə Çini cəzalandıracağına söz verdi

ABŞ prezidenti Donald Tramp yenidən koronavirus pandemiyasına görə Çin Xalq Respublikasını cəzalandıracağı barədə vəd verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Çinin yalanı, onun gizliliyi və problemləri xalçanın altına süpürmək cəhdləri virusun 189 ölkədə yayılmasına imkan verdi. Çin tam məsuliyyətə cəlb edilməlidir", - müstəqillik Günü münasibəti ilə çıxışında Tramp deyib.

Onun sözlərinə görə, Çindən yalnız koronavirus deyil, "həm də başqa viruslar çıxıb".

Ancaq ABŞ prezidenti nəyi nəzərdə tutduğunu izah etməyib.

Öz növbəsində Çin də ABŞ-ın Pekinin virusu yayması barədə ittihamlarını rədd edir.

Son xəbərlər

Orphus sistemi