Tramp yağış səbəbindən Parisdəki ABŞ hərbçiləri məzarlığını ziyarət etməyib

Tramp yağış səbəbindən Parisdəki ABŞ hərbçiləri məzarlığını ziyarət etməyib Paris. 11 noyabr. REPORT.AZ/ I Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə keçirilən təntənəli mərasimdə iştirak üçün Fransada səfərdə olan ABŞ Prezidenti Donald Tramp I və II dünya müharibələri zamanı həlak olmuş Amerika hərbçilərinin dəfn olunduğu Suresnes məzarlığına nəzərdə tutulan ziyarəti təxirə salıb.
Digər ölkələr
11 Noyabr , 2018 17:19
Tramp yağış səbəbindən Parisdəki ABŞ hərbçiləri məzarlığını ziyarət etməyib
Report

Paris. 11 noyabr. REPORT.AZ/ I Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə keçirilən təntənəli mərasimdə iştirak üçün Fransada səfərdə olan ABŞ Prezidenti Donald Tramp I və II dünya müharibələri zamanı həlak olmuş Amerika hərbçilərinin dəfn olunduğu Suresnes məzarlığına nəzərdə tutulan ziyarəti təxirə salıb.

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, ziyarətin təxirə salınmasına pis hava şəraiti səbəb olub.

Zəfər Tağının yerləşdiyi meydanda təntənəli mərasimdən sonra keçiriləcək ilk Paris Sülh Forumunda iştirak etməkdən imtina edən ABŞ Prezidenti həmin vaxt ərzində Amerika əsgərlərinin xatirəsini yad etməli idi.

Xatırladaq ki, bu gün Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə, Zəfər Tağının yerləşdiyi meydanda təntənəli mərasimdə 85 ölkənin dövlət və hökumət başçıları, o cümlədən ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digərləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. 3 gün davam edəcək ilk Paris Sülh Forumuna bu gün saat 15.00-da Fransa paytaxtının “La Grande de la Villette” böyük zalında start veriləcək. Ölkəmizi ilk Paris Sülh Forumunda xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi