Donald Tramp: "İŞİD üzvünün arvadını ABŞ-a buraxmamaq tapşırığını mən vermişəm"

Donald Tramp: "İŞİD üzvünün arvadını ABŞ-a buraxmamaq tapşırığını mən vermişəm" Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD döyüşçüsünün arvadı, ABŞ vətəndaşı olduğunu iddia edən Xoda Mutananın Birləşmiş Ştatlara buraxılmaması barədə göstərişi o özü verib.
Digər ölkələr
21 Fevral , 2019 08:25
Donald Tramp: İŞİD üzvünün arvadını ABŞ-a buraxmamaq tapşırığını mən vermişəm

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD döyüşçüsünün arvadı, ABŞ vətəndaşı olduğunu iddia edən Xoda Mutananın Birləşmiş Ştatlara buraxılmaması barədə göstərişi o özü verib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Mən dövlət katibi Maykl Pompeoya tapşırdım və o, Xoda Mutananı ölkəyə buraxmamaqla tam razıdır", - deyə Tramp yazıb.

24 illik Xoda Mutana dörd il terrorçunun arvadı olub. O, döyüşçülərin düşərgəsindən qaçıb. Qadın indi öz uşağı ilə Suriyadakı qaçqın düşərgəsindədir. Xoda Mutana bildirib ki, Alabama sakinidir və ABŞ hakimiyyətindən onu vətənə gətirməyi xahiş edib. Amma Dövlət Departamentində bildirilib ki, Mutana ABŞ vətəndaşı deyil və Birləşmiş Ştatlara buraxılmayacaq. Çünki onun pasportu, viza hüququ yoxdur. 

Son xəbərlər

Orphus sistemi