Tramp "İrma" qasırğası ilə əlaqədar Virciniyada fövqəladə vəziyyət elan edib

Tramp "İrma" qasırğası ilə əlaqədar Virciniyada fövqəladə vəziyyət elan edib "İrma" beşinci – maksimal kateqoriyaya çatıb
Digər ölkələr
8 Sentyabr , 2017 04:08
Tramp İrma qasırğası ilə əlaqədar Virciniyada fövqəladə vəziyyət elan edib
Courtesy İmage

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "İrma" qasırğası ilə əlaqədar Virciniya adalarında fövqəladə vəziyyət elan edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu gün prezident Donald Tramp Amerikanın Virciniya adalarında 2017-ci ilin 6 sentyabrında başlanmış və hazırda da davam edən "İrma" qasırğasına görə ərazinin bərpası üzrə səylərin saxlanılması üçün federal köməyin verilməsi haqqında fövqəladə vəziyyət elan etdi", - deyə agentliyə daxil olan xəbərdə bildirilir.

"İrma" qasırğası beşinci – maksimal kateqoriyaya çatıb. Təbii hadisəni son on ildə Atlantik okeanında ən güclü qasırğa adlandırırlar. 

Son xəbərlər

Orphus sistemi