KİV: ABŞ Prezidenti Venesuelaya hərbi müdaxilə etmək istəyirmiş

KİV: ABŞ Prezidenti Venesuelaya hərbi müdaxilə etmək istəyirmiş Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp iki həftə əvvəl Venesuelaya hərbi müdaxilənin mümkünlüyünü nəzərdə tuturdu.
Digər ölkələr
28 Yanvar , 2019 11:13
KİV: ABŞ Prezidenti Venesuelaya hərbi müdaxilə etmək istəyirmiş
Win McNamee—Getty Images
0 : 00
0 : 00

Bakı. 28 yanvar. REPORT.AZ/ "ABŞ Prezidenti Donald Tramp iki həftə əvvəl Venesuelaya hərbi müdaxilənin mümkünlüyünü nəzərdə tuturdu".

“Report” xəbər verir ki, bu məlumatı “Axios” saytı yayıb.

Bildirilib ki, o, Respublikaçılar Partiyasından olan senator Linds Qremlə məsləhətləşib.

“Hərbi qüvvə tətbiqi haqqında nə düşürüsüz?”, - Donald Trampın senatordan soruşduğu ethimal edilir. Bilridirilib ki, bu sual senatoru təəccübləndirib.

Qeyd edilib ki, ABŞ Prezidenti Venesuelaya müdaxilə etmək üçün əsas olmadığında bu addımı atmayıb.

Xatırladaq ki, yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo Venesuelanın müvvəqəti prezidenti elan olunub.

Bir müddət əvvəl Venesuel Prezidenti Nikolas Maduronun kiçik oğlu bidirmişdi ki, ABŞ ölkəsinə hərbi qüvvə tətqbiq edəcəyi halda Ağ evi ələ keçirəcək. 

Son xəbərlər

Orphus sistemi