ABŞ prezidenti İspaniyaya qarşı sanksiyaların tətbiqini istisna etməyib

ABŞ prezidenti İspaniyaya qarşı sanksiyaların tətbiqini istisna etməyib ABŞ prezidenti Donald Tramp Venesuelaya görə İspaniya barəsində sanksiyaların tətbiqi imkanlarını istisna etməyib.
Digər ölkələr
2 Noyabr , 2019 05:26
ABŞ prezidenti İspaniyaya qarşı sanksiyaların tətbiqini istisna etməyib

ABŞ prezidenti Donald Tramp Venesuelaya görə İspaniya barəsində sanksiyaların tətbiqi imkanlarını istisna etməyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Ağ Ev rəhbəri Missisipi ştatına səfərdən əvvəl jurnalistlərlə söhbətində İspaniyaya qarşı sanksiyaların mümkünlüyünü bildirib.

O, jurnalistlərin bununla bağlı sualına "baxarıq", - cavabını verib.

Cümə axşamı "Bloomberg" agentliyi bildirib ki, ABŞ Maliyyə Nazirliyi İspaniya (krallığın Mərkəzi Bankı) Bankı barəsində sanksiyaların tətbiqi imkanına baxır. Çünki bank Venesuela prezidenti Nikolas Maduro administrasiyasının nümayəndələrinə xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi