Tramp Venesuela müxalifətinə dəstək verəcək - FOTO

Tramp Venesuela müxalifətinə dəstək verəcək - FOTO ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə görüşüb.
Digər ölkələr
6 Fevral , 2020 08:20
Tramp Venesuela müxalifətinə dəstək verəcək - FOTO

ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Donald Tramp Ağ Evdə Xuan Quaidonu salamladı! ABŞ Venesuelada qanunsuz diktaturaya qarşı durmaq və demokratik gələcəyin nailiyyəti və çiçəklənməsi üçün Venesuela xalqının tərəfində durmaq üçün regionda partnyorlarla işləməyə davam edəcək, ", - deyə Ağ Evin “Twitter” səhifəsində xəbər verilib.

Quaydo həmçinin çərşənbə axşamı Trampın ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası qarşısında illik "Ölkənin vəziyyəti haqqında" çıxışına dəvət edilmişdi. Venesuela müxalifətinin lideri Trampın xanımı Melanyanın yanında əyləşmişdi. 

Son xəbərlər

Orphus sistemi