Tramp və xanımı Milad yolkasının yandırılması mərasimində iştirak edib

Tramp və xanımı Milad yolkasının yandırılması mərasimində iştirak edib ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp illik ənənəyə çevrilmiş Vaşinqtonda Milad yolkasının yandırılması mərasimində iştirak ediblər.
Digər ölkələr
6 Dekabr , 2019 08:40
Tramp və xanımı Milad yolkasının yandırılması mərasimində iştirak edib

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp illik ənənəyə çevrilmiş Vaşinqtonda Milad yolkasının yandırılması mərasimində iştirak ediblər.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" bildirib.

Bayram yolkasının təntənəli şəkildə yandırılması mərasimi artıq 97 ildir keçirilir. Mərasim prezident parkının cənub hissəsində təşkil olunub.

Qonaqlar arasında ABŞ-ın daxili işlər naziri Devid Bernhardt, deputatlar - Mark Medouz, Cim Cordan və Con Retkliff də olub.

Doqquz metrlik ağac 50000 çıraq və 450 nəhəng ağ ulduzla bəzənib. 

Son xəbərlər

Orphus sistemi