Tramp və Tryudo ABŞ-Çin ticarət danışıqlarını müzakirə ediblər

Tramp və Tryudo ABŞ-Çin ticarət danışıqlarını müzakirə ediblər ABŞ prezidenti Donald Trampla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.
Digər ölkələr
11 May , 2019 08:48
Tramp və Tryudo ABŞ-Çin ticarət danışıqlarını müzakirə ediblər

ABŞ prezidenti Donald Trampla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, tərəflər Çin-ABŞ arasındakı ticarət əlaqələrini müzakirə ediblər. Donald Tramp və Catin Tryudo bu məsələ ilə bağlı sıx əlaqələri davam etdirməyi razılaşdırıblar.

Liderlər həmçinin Çində Kanadanın iki vətəndaşının tutulmasını müzakirə ediblər.

Daha əvvəl ABŞ Prezidenti 300 milyard dollarlıq Çin mallarına illik idxal rüsumlarının artırılmasını tapşırıb.

Son xəbərlər

Orphus sistemi