Tramp və Putin Rusiyaya qarşı sanksiyalar məsələsini müzakirə etməyib

Tramp və Putin Rusiyaya qarşı sanksiyalar məsələsini müzakirə etməyib ABŞ bu sanksiyaların götürülməsi və ya saxlanması barədə qərar qəbul etməyib
Digər ölkələr
29 Yanvar , 2017 22:58
Tramp və Putin Rusiyaya qarşı sanksiyalar məsələsini müzakirə etməyib

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ əvvəlki Barak Obama administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların götürülməsi və ya saxlanması barədə hələ ki, bir qərar qəbul etməyib və bu məsələ Rusiya və Amerika prezidentləri arasında şənbə günü baş tutan telefon söhbəti zamanı da müzakirə olunmayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp şənbə günü baş tutan telefon danışığı zamanı bir sıra məsələləri, o cümlədən Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Tərəflər, həmçinin beynəlxalq terrorçuluğa qarşı səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

"Biz sanksiyalarla bağlı hələ heç bir qərar qəbul etməmişik…Bu, dünən axşam telefon söhbəti zamanı müzakirə olunmayıb", - deyə Spayser bazar günü ABC telekanalına açıqlamasında bildirib.

Son xəbərlər

Orphus sistemi