​Tramp və Klinton İndianada keçirilən ilkin seçkilərdə liderlik edir

​Tramp və Klinton İndianada keçirilən ilkin seçkilərdə liderlik edir Tramp səslərin 54 faizini, Klinton isə 52 faizini toplaya bilib
Digər ölkələr
4 May , 2016 04:01
​Tramp və Klinton İndianada keçirilən ilkin seçkilərdə liderlik edir

Bakı. 4 May. REPORT.AZ/ ABŞ prezidentliyinə namizəd olan respublikaçı Donald Tramp öz partiyasının İndiana ştatında keçirilən praymerizində seçicilərin təqribən 54 faizinin səsini toplayıb, Demokratlar Partiyasından Hillari Klinton isə 52 faiz səs toplamaqdadır.

"Report" xəbər verir ki, bunu səslərin hesablanması üzrə aralıq nəticələrə əsasən demək mümkündür.

CNN, NBC və "Fox News" telekanalları öz statistik hesablamalarına görə, Respublikaçılarda qələbəni artıq Donald Trampa veriblər. Klintonun öz yeganə rəqibi Berni Sandes üzərində qələbəsi isə hələ ki, aydın görünmür.

Son xəbərlər

Orphus sistemi