Pompeo: Donald Tramp və Kim Çen In 2019-cu ilin əvvəlində görüşə bilər

Pompeo: Donald Tramp və Kim Çen In 2019-cu ilin əvvəlində görüşə bilər Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüşün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümidvardır.
Digər ölkələr
21 Dekabr , 2018 04:18
Pompeo: Donald Tramp və Kim Çen In 2019-cu ilin əvvəlində görüşə bilər

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüşün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümidvardır.

“Report” “TASS”a istinadən xəbər verir ki, dövlət katibi “KNSS” radiosuna bildirib:

“Görüşlər keçirməyə davam edəcəyik və yeni ildə Birləşmiş Ştatlar üzərindən bu təhlükəni sovuşdurmaq üçün prezident Trampla sədr Kim Çen Inın 1 yanvar tarixindən qısa müddət sonra görüşəcəklərinə ümid bəsləyirik”.

Tərəflər bu ilin yayında Sinqapurda keçirilən ilk tarixi görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi ideyasına sadiq olduqlarını bildirmişdilər.

Bundan əlavə isə Tramp Kim Çen Ina sanksiyaları ləğv edəcəyi barədə vəd verib.

Son xəbərlər

Orphus sistemi