Donald Tramp və Şinzo Abe Yaponiyanın ən böyük hərbi gəmilərindən birində olublar

Donald Tramp və Şinzo Abe Yaponiyanın ən böyük hərbi gəmilərindən birində olublar Mayın 28-də ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Şinzo Abe Tokio körfəzinin çıxışında yerləşən Yokosuka bazasında “Gündoğar ölkə”nin hərbi-dəniz qüvvələrinin ən böyük gəmilərindən birində - “Kaqa” helikopterdaşıyan gəmisində olublar.
Digər ölkələr
28 May , 2019 10:28
Donald Tramp və Şinzo Abe Yaponiyanın ən böyük hərbi gəmilərindən birində olublar

Mayın 28-də ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Şinzo Abe Tokio körfəzinin çıxışında yerləşən Yokosuka bazasında “Gündoğar ölkə”nin hərbi-dəniz qüvvələrinin ən böyük gəmilərindən birində - “Kaqa” helikopterdaşıyan gəmisində olublar.

“Report” NHK-ya istinadən xəbər verir ki, hər iki lider həyat yoldaşları ilə birgə gəmi heyətini salamlayıblar.

Yaponiya hökuməti ABŞ prezidentinin onlara satmaq istədiyi F-35B qırıcı təyyarələrini də daşıya bilməsi üçün sözügedən gəmini yenidən qurmaq niyyətindədir. 

Donald Tramp daha sonra ABŞ donanmasına məxsus “Wasp” hücum amfibiya gəmisində də olub.

ABŞ prezidentinin Yaponiyaya səfəri başa çatıb.

Son xəbərlər

Orphus sistemi