ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin Müstəqillik Günündə ilk dəfə Vaşinqton sakinlərinə əsl tankları göstərəcək.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Amerika lideri vurğulayıb ki, həmin gün ABŞ paytaxtının səmasında hərbi təyyarələr uçacaq, şəhərdə "tanklar sərgisi" keçiriləcək.
Bu halda paytaxtda heç bir hərbi parad keçirmək planlaşdırılmır. Lakin müəyyən yerlərə çıxarılacaq tanklar istisna təşkil edir.
Qeyd edilir ki, xüsusi halda Vaşinqton sakinləri ən yeni "Şerman" və "Abrams" tanklarını görəcəklər. Söhbət orduda 40 ildir istifadə edilən tanklardan və 80 yaşlı "Şerman”ın bəzi modellərindən gedir.