Tramp "Twitter"də Tereza Mey əvəzinə sıravi vətəndaşa müraciət edib

Tramp "Twitter"də Tereza Mey əvəzinə sıravi vətəndaşa müraciət edib O, tvitində Tereza Mey Skrayvnerə məxsus @theresamay nikini qeyd edib
Digər ölkələr
30 Noyabr , 2017 06:56
Tramp Twitterdə Tereza Mey əvəzinə sıravi vətəndaşa müraciət edib

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Twitter" əkkauntunda Böyük Britaniyanın baş naziri Tereza Meyə müraciətində səhvə yol verərək sözlərini hansısa bir Britaniya vətəndaşına ünvanlayıb.

“Report” xəbər verir ki, o əvvəlki tvitində Tereza Mey Skrayvnerə məxsus @theresamay nikini qeyd edib.

Bir müddətdən sonra tvit silinib, Amerika lideri isə yeni tvit yazıb və burada Britaniya baş nazirinin əkkauntunu düzgün işarələyib.

Son xəbərlər

Orphus sistemi