Tramp Texasdakı qasırğanın nəticələrini aradan qaldırmaq üçün Konqresdən 8 milyard dollar istəyib

Tramp Texasdakı qasırğanın nəticələrini aradan qaldırmaq üçün Konqresdən 8 milyard dollar istəyib Texas ştatının rəhbərliyi isə fəlakətin nəticələrinin aradan qaldırlması üçün 125 milyard dollara ehtiyac ola biləcəyini açıqlayıb
Digər ölkələr
2 Sentyabr , 2017 10:22
Tramp Texasdakı qasırğanın nəticələrini aradan qaldırmaq üçün Konqresdən 8 milyard dollar istəyib

Bakı. 2 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp keçən həftədən Texas ştatında tüğyan edən və güclü daşqınlara səbəb olan "Harvi" qasırğasının nəticələrinin aradan qaldırılması üçün Konqresdən 7,85 milyard dollar məbləğində vəsaitin ayrılmasını istəyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, ilkin hesablamalara görə, Texasın cənub-şərqində təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bu qədər vəsait tələb olunur.  

Lakin bu məbləğin artacağı istisna deyil.

Qeyd edək ki, daha əvvəl Texas ştatının rəhbərliyi fəlakətin nəticələrinin aradan qaldırlması üçün 125 milyard dollara ehtiyac ola biləcəyini açıqlayıb. 

"Harvi" qasırğası son 12 ildə ABŞ-ın materik hissəsində ən güclü fırtına olub.

Son xəbərlər

Orphus sistemi