Tramp televiziyaya qayıdacağı barədə məlumatlara münasibət bildirib

Tramp televiziyaya qayıdacağı barədə məlumatlara münasibət bildirib ABŞ prezidenti Donald Tramp dövlət başçısı postundan getdikdən sonra televiziya sahəsində çalışacağı barədə xəbərlərə münasibət bildirib.
Digər ölkələr
10 Noyabr , 2019 05:43
Tramp televiziyaya qayıdacağı barədə məlumatlara münasibət bildirib

ABŞ prezidenti Donald Tramp dövlət başçısı postundan getdikdən sonra televiziya sahəsində çalışacağı barədə xəbərlərə münasibət bildirib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ağ Ev rəhbəri qeyd edib ki, ölkə başçısı postundan getdikdən sonra bu sahəyə qayıtmayacaq.

Tramp amerikalı prodüsserlə ABŞ prezidenti vəzifəsini tərk etdikdən sonra televiziyaya qayıdacağı barədə müzakirələr aparması xəbərlərini təkzib edib. "Bu yalandır, heç vaxt belə danışıq olmayıb", - deyə Tramp qeyd edib.

Dövlət başçısı etiraf edib ki, hətta onda televiziyada çalışmaq haqqında düşünməyə vaxt yoxdur.

Son xəbərlər

Orphus sistemi