Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib

Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib Birləşmiş Ştatların prezidenti Donald Tramp da, təcili zəngə əsaslanaraq mətbuat konfransını tərk edib.
Digər ölkələr
24 Sentyabr , 2020 04:50
Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib
Donald Tramp

Birləşmiş Ştatların prezidenti Donald Tramp təcili telefon zənginə əsaslanaraq mətbuat konfransını yarımçıq tərk edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Mən təcili zəng gəldi. Mən qayıdacağam, sabah görüşərik", - Evin başçısı bildirib.

Tramp telefon zənginin nə ilə əlaqədar olduğunu açıqlamayıb.

Qeyd edək ki, analoji hadisə avqustun 10-da da baş verib. Tramp mühafizə xidməti əməkdaşlarının xahişi ilə mətbuat konfransını yarımçıq dayandırmağa məcbur olub. ABŞ lideri bir neçə dəqiqə sonra geri qayıdaraq bildirib ki, Ağ Evin ətrafında atışma olub və hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsə atəş açaraq onu yaralayıblar.

Son xəbərlər

Orphus sistemi