Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp sonuncu dəfə İrana qarşı sanksiyaların tətbiq edilməsini təxirə salmaq niyyətindədir.
"Report" "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti administrasiyasının yüksək vəzifəli əməkdaşı bildirib.
Qeyd olunur ki, Tramp İranın nüvə proqramına dair bu ölkə ilə əldə olunan razılaşmada “daha sərt tələblərlə” çıxış etmək niyyətindədir. O, həmçinin Avropa ölkələri tərəfindən zəmanət veriləcəyi təqdirdə razılaşmadan çıxmamaq imkanını nəzərdən keçirəcək.
Məlumata görə, Tramp ABŞ-ın İranla bağlı qanununa da əlavələr etmək istəyir. ABŞ prezidentinin qənaətincə, qanunda qeyd olunmalıdır ki, uzaq mənzilli raketlərin istehsalı İranın nüvə proqramının ayrılmaz hissəsi hesab edilməlidir.