Tramp son qalmaqallarla əlaqədar videomüraciət yayıb - VİDEO

Tramp son qalmaqallarla əlaqədar videomüraciət yayıb - VİDEO ABŞ prezidenti Donald Tramp bazar günü Demokrat Partiyasının onun impiçmentinə növbəti cəhdi ilə bağlı özünün Twitterdəki səhifəsində videomüraciət yayıb.
Digər ölkələr
29 Sentyabr , 2019 02:03
Tramp son qalmaqallarla əlaqədar videomüraciət yayıb - VİDEO

ABŞ prezidenti Donald Tramp bazar günü Demokrat Partiyasının onun impiçmentinə növbəti cəhdi ilə bağlı özünün "Twitter"dəki səhifəsində videomüraciət yayıb.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri baş verənləri yalan adlandırıb.

"O şeylər ki, indi baş verir, bunlar Amerika siyasəti tarixində böyük bir yalandır. Demokratlar sizin silahınızı, sizin səhiyyənizi, sizin səslərinizi, sizin azadlığınızı, sizin hakimlərinizi almaq istəyirlər. Onlar hər şeyi ələ keçirmək istəyirlər. Biz heç vaxt bunun baş verməsinə icazə verməyəcəyik", - o deyib.

Tramp növbəti dəfə təkrarlayıb ki, respublikaçılar "bataqlığı qurutmağa" çalışırlar.

"Hər şey çox sadədir. Onlar məni dayandırmağa çalışırlar, çünki mən sizin üçün mübarizə aparıram. Və mən heç vaxt bunun baş verməsinə imkan verməyəcəm", - ABŞ prezidenti öz mesajını 40 saniyədən qısa müddətdə bitirib.

Tramp daha əvvəl "Twitter"də demokratların ünvanına səsləndirdiyi fikirlərdən fərqli olaraq bu dəfə sərt fikirlər səsləndirməkdən çəkinib. 

Son xəbərlər

Orphus sistemi