Donald Tramp şəxsi sosial şəbəkəsini yaradacaq

Donald Tramp şəxsi sosial şəbəkəsini yaradacaq ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial mediaya iki-üç ay sonra şəxsi platformada qayıdacaq
Digər ölkələr
21 Mart , 2021 22:02
Donald Tramp şəxsi sosial şəbəkəsini yaradacaq
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial mediaya iki-üç ay sonra şəxsi platformada qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə onun müşaviri Ceyson Miller “Fox News” telekanalına bildirib.

Millerin sözlərinə görə, Tramp yaxın vaxtlarda yeni şəxsi platformada sosial media sahəsinə qayıdacaq.

Trampın məsləhətçisi əlavə edib ki, bu, böyük platforma olacaq. Onun sözlərinə görə, yeni platforma on milyonlarla istifadəçi yığacaq. "Bu, oyun qaydalarını tamamilə dəyişəcək", - deyə Miller vurğulayıb.

Qeyd edək ki, tvitç, tvitter, feysbuk və instaqram sosial şəbəkələri Vaşinqtonda yanvarın 6-da baş verən qarışıqlıqlardan sonra Trampın hesablarını bloklayıblar.

Son xəbərlər

Orphus sistemi