Tramp Səudiyyə Ərəbistanını çox mühüm müttəfiq adlandırıb

Tramp Səudiyyə Ərəbistanını çox mühüm müttəfiq adlandırıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın çox mühüm müttəfiqidir.
Digər ölkələr
18 Oktyabr , 2018 01:49
Tramp Səudiyyə Ərəbistanını çox mühüm müttəfiq adlandırıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın çox mühüm müttəfiqidir.

"Report"un məlumatına görə, bu barədə o, "Fox Business" telekanalının efirində bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu ölkənin hakimiyyəti terrorçuluğa və İranla qarşıdurmada Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş qismində çıxış edir.

ABŞ rəhbəri həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı ABŞ-dan milyardlarla dollar silah almağa hazırdır. Bu da ölkədə çoxlu sayda iş yerlərinin yaradılmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi