Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib

Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib Bir sıra ikitərəfli sazişlərin imzalanması gözlənilir
Digər ölkələr
20 May , 2017 12:28
Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib
CNN

Bakı. 20 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına ilk rəsmi səfərə gedib.

"Report" "Al-Arabiya" telekanalına istinadən xəbər verir ki, Ər-Riyadda Trampın Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səudla görüşü planlaşdırılıb.

Görüşdə bir sıra sahələrdə, o cümlədən iqtisadi və hərbi-texniki sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. Bir sıra ikitərəfli sazişlərin imzalanması gözlənilir.

Tramp Səudiyyə Ərəbistanından sonra İsrail və Vatikana səfər edəcək, daha sonra isə Brüsseldə NATO sammitində və Siciliyada G-7 liderlərinin görüşündə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi