Yuxarı
    Bağlamaq

    Tramp senatorları yay tətilinə gec çıxmağa səsləyib

    Respublikaçılar 2010-cu ildən tətbiq olunmağa başlayan Obamacare səhiyyə sisteminin ləğvinə çalışırlar.

    Bakı. 19 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp istəyir ki, ölkədə hazırkı tibbi yardım sistemi olan "Obamacare"-in taleyi həll olunmadan senatorlar tətilə çıxmasınlar. "Report" xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Speyser məlumat verib.

    Çərşənbə günü Ağ Evdə respublikaçı senatorlar ilə birlikdə qapalı rejimdə nahar təşkil olunur. Burada tibbi yardım məsələsi müzakirə olunur.

    ABŞ prezidentinin mətbuat katibinin sözlərinə görə, prezident bildirib ki, səhiyyə məsələsi həll olunana qədər senat işləməlidir.

    Xatırladaq ki, Tramp da daxil olmaqla bir çox respublikaçılar 2010-cu ildən tətbiq olunmağa başlayan "Obamacare" səhiyyə sisteminin ləğvinə çalışırlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi