Tramp seçkidən bir neçə gün əvvəl Baydenlə aradakı fərqi azaldıb

Tramp seçkidən bir neçə gün əvvəl Baydenlə aradakı fərqi azaldıb Sorğunun nəticələrinə əsasən, respondentlərin 44%-i Trampı, 52%-i isə Baydeni dəstəkləyib
Digər ölkələr
31 Oktyabr , 2020 11:29
Tramp seçkidən bir neçə gün əvvəl Baydenlə aradakı fərqi azaldıb
Donald Tramp

ABŞ prezidenti Donald Tramp prezident seçkisindəki rəqibi Co Baydenlə arasındakı fərqi iki faiz bəndi azaldıb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” sorğu məlumatlarına istinadən bildirib.

Sorğu oktyabrın 27-dən 29-dək olan müddətdə keçirilib.

Nəticələrə əsasən, respondentlərin 44%-i Trampı, 52%-i isə Baydeni dəstəkləyib.

Respondentlərin 2%-i başqa namizədi dəstəkləyib, digər 2% isə cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi