Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar barədə danışmaq hələ ki, tezdir.
"Report" xəbər verir ki, bunu o, Böyük Britaniyanın baş naziri Tereza Mey ilə keçirilən birgə mətbuat konfransında deyib.
"Bu barədə danışmaq hələ tezdir", - deyə Tramp bildirib.