Tramp respublikaçılara onun adından istifadə etməyi qadağan etdi

Tramp respublikaçılara onun adından istifadə etməyi qadağan etdi ABŞ-ın keçmiş prezidenti Donald Tramp onun adından istifadə edərək vəsait toplamağı qadağan edib
Digər ölkələr
7 Mart , 2021 05:24
Tramp respublikaçılara onun adından istifadə etməyi qadağan etdi
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının böyük təşkilatlarına onun adından istifadə edərək vəsait toplamağı qadağan edib.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri keçmiş Amerika liderinin müşavirinə istinadən yazıb.

Nəşrə görə, Trampın vəkilləri artıq müvafiq məktubları Respublikaçılar Partiyasının Milli komitəsinə, həmçinin partiyanın nümayəndələr palatasına və senata seçkilər üzrə komitəsinə göndərib.

Müşavir Trampın hələ də Respublikaçıların tərəfdarı olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi