Tramp respublikaçıların seçkilərdə əzmlə irəli getdiyini deyib

Tramp respublikaçıların seçkilərdə əzmlə irəli getdiyini deyib ABŞ prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Partiyası seçkilərdə Florida da daxil olmaqla, bəzi ştatlarda əminliklə irəli gedir.
Digər ölkələr
3 Noyabr , 2020 22:46
Tramp respublikaçıların seçkilərdə əzmlə irəli getdiyini deyib
Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Partiyası seçkilərdə Florida da daxil olmaqla, bəzi ştatlarda əminliklə irəli gedir.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Mən eşitdim ki, biz Floridada, Arizonada, inanılmaz dərəcədə Texasda (irəli gedirik-red)”, - Virciniyada respublikaçıların seçki qərargahının əməkdaşları qarşısında çıxış edən Tramp deyib.

"Eşitdim ki, biz hər yerdə irəli gedirik, bu əladır", - Birləşmiş Ştatlar rəhbəri əlavə edib.

Ağ Ev rəhbəri seçki qərargahına baş çəkərkən həmçinin ABŞ vətəndaşlarını partiyalararası çəkişmələrin öhdəsindən gəlməyə də çağırıb.

Son xəbərlər

Orphus sistemi