Tramp Respublikaçılar partiyasının liderlərini ona qarşı birləşməkdə ittiham edib

Tramp Respublikaçılar partiyasının liderlərini ona qarşı birləşməkdə ittiham edib Tramp: "Mənim öz pulumu xərcləməyim onların xoşuna gəlmir"
Digər ölkələr
14 Aprel , 2016 09:13
Tramp Respublikaçılar partiyasının liderlərini ona qarşı birləşməkdə ittiham edib

Bakı. 14 aprel. REPORT.AZ/ Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olmağa iddia edən milyarder Donald Tramp partiya rəhbərliyinin qəsdən onun namizədliyinə qarşı çıxdığını iddia edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, D.Tramp bu bəyanatı Kolorado ştatındakı ilkin seçimlərdə məğlub olduqdan sonra deyib.

Belə ki, keçən həftə Respublikaçılar partiyasından prezidentliyə namizəd müəyyənləşdirmək üçün Kolorado ştatında keçirilmiş praymerizdə Ted Kruz qələbə qazanaraq D.Trampla aradakı fərqi azaldıb. Milyarder Tramp isə iddia edir ki, onu Koloradoda dəstəkləməyə hazır olan nümayəndələri ABŞ Respublikaçılar Milli Komitəsi tərəfindən səsvermədən kənarlaşdırılıb.

"Mənim öz pulumu xərcləməyim onların xoşuna gəlmir. Çünki bununla onlar mənim üzərimdə nəzarət edə bilmir. Axı, mən xalqa işləyirəm", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, Respublikaçılar partiyasından prezidentliyə namizəd rəsmi olaraq iyulun 18-21-də Klivelanddə, Demokratlar partiyasında isə namizəd iyulun 25-28-də Filadelfiyada keçiriləcək partiya qurultaylarında elan olunacaq. 

Son xəbərlər

Orphus sistemi