Tramp Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak etməyəcək

Tramp Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak etməyəcək Bakı. 7 may. REPORT.AZ/ Ağ Ev Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.
Digər ölkələr
7 May , 2018 21:51
Tramp Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak etməyəcək
Foto: EPA-EFE/JIM LO SCALZO

Bakı. 7 may. REPORT.AZ/ Ağ Ev Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Xəbərdə bildirilir ki, nümayəndə heyətinin tərkibində ABŞ prezidenti Donald Trampın adı yoxdur.

Daha əvvəl Donald Tramp bildirib ki, ABŞ-ın bir çox prezidentləri uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd ediblər. "Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırıb. ABŞ-ın dövlət başçısının bu qərarı bir çox dövlətlərin tənqidinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi