Tramp qardaşı qızının ailə haqqında kitab nəşr etməsinə mane olmağa çalışır

Tramp qardaşı qızının ailə haqqında kitab nəşr etməsinə mane olmağa çalışır ABŞ Prezidenti Donald Trampın kiçik qardaşı Robert qardaşı qızı Merinin ailə haqqında kitab nəşr etməsinə mane olmaq məqsədi ilə məhkəməyə müraciət edib.
Digər ölkələr
24 İyun , 2020 10:49
Tramp qardaşı qızının ailə haqqında kitab nəşr etməsinə mane olmağa çalışır
Donald Tramp / Donald Tramp

ABŞ Prezidenti Donald Trampın kiçik qardaşı Robert qardaşı qızı Merinin ailə haqqında kitab nəşr etməsinə mane olmaq məqsədi ilə məhkəməyə müraciət edib.

Bu barədə “Report” “Fox News”a istinadən xəbər verir.

Qeyd edək ki, dövlət başçısının böyük qardaşı Fred Trampın qızı olan Meri “Too Much and Never Enough: How My Family Created the World's Most Dangerous Man” (“Lap çox və heç vaxt yetərli olmayan: Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı”) adlı kitab nəşr etmək niyyətindədir.

Kitabın nəşri bu il iyulun 28-nə planlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonun “Bunun baş verdiyi otaq: Ağ Ev xatirəsi” (“The Room Where It Happened: A White House Memoir”) kitabı nəşr olunmuşdu.

Son xəbərlər

Orphus sistemi