Tramp qaçqınların qəbulu üçün kvotalar haqqında sənədi imzalayıb

Tramp qaçqınların qəbulu üçün kvotalar haqqında sənədi imzalayıb Sənəd Ağ evin saytında dərc olunub
Digər ölkələr
30 Sentyabr , 2017 07:24
Tramp qaçqınların qəbulu üçün kvotalar haqqında sənədi imzalayıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp 2018-ci ildə qaçqın qəbulu kvotasını ifadə edən memorandum imzalayıb.

"Report" xəbər verir ki, sənəd Ağ evin saytında dərc olunub.

Sənəddə bildirilir ki, ABŞ humanitar problemlər, həmçinin milli maraqlar ilə əlaqədar 45 minədək qaçqın qəbul edəcək.

Qeyd olunur ki, ölkə 19 min qaçqın Afrikadan, 5 min Şərqi Asiyadan, 2 min Avropa və Mərkəzi Asiyadan qəbul edəcək. Qalan qaçqınlar Latın Amerikası və Yaxın Şərqdən qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi