Tramp Putinlə münasibətlərindən danışıb

Tramp Putinlə münasibətlərindən danışıb ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə anlaşa biləcəyinə əmindir.
Digər ölkələr
10 Oktyabr , 2020 02:22
Tramp Putinlə münasibətlərindən danışıb
Donald Tramp və Vladimir Putin

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə anlaşa biləcəyinə əmindir.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “The Rush Limbaugh Show”a müsahibəsində deyib.

Donald Tramp Vladimir Putinə qarşı rəğbətinin olduğunu bildirib və bunun qarşılıqlı olduğunu qeyd edib.

"O mənim xoşuma gəlir. İstisnasızdır ki, mən də onun xoşuna gəlirəm. Ancaq düşünürəm ki, o, Baydenlə münasibət qurmağı üstün tutar", - Ağ Ev rəhbəri deyib.

"Onun Hillari Klinton və ya Baydenlə əlaqədə olmasının daha asan olacağına zəmanət verirəm", - Tramp əlavə edib.

Onun sözlərinə görə, Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden ləngdir və dövlət başçısı üçün zəruri olan keyfiyyətlərə malik deyil.

Son xəbərlər

Orphus sistemi