Tramp Puerto-Rikonu "Mariya" qasırğasından "viran qalmış" adlandırıb

Tramp Puerto-Rikonu "Mariya" qasırğasından "viran qalmış" adlandırıb Ağ Ev rəhbəri bununla bağlı özünün "Twitter"ində yazıb
Digər ölkələr
29 Sentyabr , 2017 04:45

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Mariya" qasırğasından zərər çəkmiş Puerto-Rikodakı vəziyyəti şərh edərkən adanı "viran qalmış" adlandırıb.

"Report" "RT"ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün "Twitter"ində yazıb.

"Puerto-Riko viran qalıb. Telekommunikasiya sistemi, elektrik şəbəkəsi, çoxlu sayda yollar – bütün bunlar yoxa çıxıb", - deyə prezident "Twitter"də yazıb.

O, həmçinin qeyd edib ki, Fövqəladə Hallar üzrə Federal Agentlik və "First Responders" ölkədə təbii hadisənin nəticələrinin aradan qaldırılmasında çox yaxşı işləyirlər.

Tramp daha əvvəl "Mariya" qasırğasından zərər çəkmiş Puerto-Riko ilə ticarət məhdudiyyətini ləğv edib.

Son xəbərlər

Orphus sistemi