Tramp: “Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir”

Tramp: “Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir” ABŞ-ın aparıcı KİV-lərinin prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenin qələbə qazanması barədə xəbərlərini şərh edən prezident Donald Tramp bildirib ki, rəqibinin seçkilərdə qələbəsi rəsmən heç bir ştatda təsdiq edilməyib.
Digər ölkələr
7 Noyabr , 2020 22:00
 Tramp: “Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir”
Donald Tramp

ABŞ-ın aparıcı KİV-lərinin prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenin qələbə qazanması barədə xəbərlərini şərh edən prezident Donald Tramp bildirib ki, onun rəqibinin seçkilərdə qalib gəlməsi heç bir ştatda rəsmən təsdiq edilməyib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Tramp xatırladıb ki, Baydenin qələbəsi sərt mübarizənin getdiyi yerlər də daxil olmaqla, rəsmi olaraq heç bir ştatda təsdiqlənməyib. O, həmçinin iddia edib ki, Bayden saxta səslər də daxil olmaqla, bütün səsləri hesablamaq niyyətindədir.

"Prezidenti KİV-in xəbərləri deyil, qanuni səslər seçir", - Tramp bildirib.

O, Baydenin qərargahının qanuni səslərin sayılmasının baza prinsipi ilə razılaşdırılmasından imtina etməsindən "şoka düşdüyünü" söyləyib.

"Amerika xalqının layiq olduğu və tələb etdiyi qanuni səslərin hesablanmasını almayınca dayanmayacam", - Tramp əlavə edib.

Son xəbərlər

Orphus sistemi