Tramp: "Polisləri öldürən cinayətkarlar edam edilməlidir"

Tramp: "Polisləri öldürən cinayətkarlar edam edilməlidir" Bakı. 16 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, polislərin qatilləri edam edilməlidir.
Digər ölkələr
16 May , 2018 05:36
Tramp: Polisləri öldürən cinayətkarlar edam edilməlidir

Bakı. 16 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, polislərin qatilləri edam edilməlidir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı fikirlərini milli sülhməramlıların anım mərasimində ifadə edib.

O, bəzi miqrantları amansız qatillər kimi təsvir edib və polislərə qarşı hücumlardan şikayətlənib.

"Biz polisimizə qarşı hücuma son qoymalıyıq və bunu elə indi etməliyik", - deyə Tramp bildirib.

"Hesab edirik ki, bizim polisləri öldürən cinayətkarlar edam cəzasına layiqdirlər", - deyə o bəyan edib.

Son xəbərlər

Orphus sistemi