Tramp Pentaqon rəhbərinin istefası xəbərini təkzib edib

Tramp Pentaqon rəhbərinin istefası xəbərini təkzib edib Bakı. 6 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin vəzifəsini tərk edəcəyi barədə xəbəri təkzib edib.
Digər ölkələr
5 sentyabr 2018 23:56
Tramp Pentaqon rəhbərinin istefası xəbərini təkzib edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin vəzifəsini tərk edəcəyi barədə xəbəri təkzib edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ rəhbəri Ağ Evdə jurnalistlərə bildirib.

"Bəli, o, burda (öz vəzifəsində - red) qalır. Biz onunla çox xoşbəxtik. Bizim çoxlu qələbəmiz var", - deyə Ağ Ev rəhbəri jurnalistin Pentaqon rəhbərinin öz vəzifəsini tərk edib-etməyəcəyi barədə suala cavabında deyib.

Daha əvvəl "The Washington Post" qəzeti Mettisin yaxın aylarda istefaya gedəcəyini xəbər verib. Qəzet hətta Ağ Evdə onun vəzifəsinə namizədin müzakirə edildiyini də bildirib.

"Düşünürəm ki, o, əla insandır. O, nazir kimi işini fantastik görür", - deyə Tramp əlavə edib. 

Son xəbərlər

Orphus sistemi